Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 820 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 673 nəfər müalicə olunaraq sağalıb, 9 min 903 nəfər vəfat edib. Aktiv xəstə sayı 1339 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 973, bu günə qədər isə ümumilikdə 7 milyon 238 min 737 test icra olunub.