logo

Ağstafada qəzada 17 nəfər xəsarət alıb

14:34 26-09-2022 | icon 7882
Ağstafada qəzada 17 nəfər xəsarət alıb

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib, 17 nəfər yaralanıb. Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, Qırılı kəndində qeydə alınıb.

YeniAvropa xəbər verir ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 2-si uşaq olmaqla, 17 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Üç nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti orta ağırdır, digər xəsarət alanlar isə ambulator yardım göstərilərək evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.