logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 380 min nəfəri ötüb

16:56 23-09-2022 | icon 3556
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 380 min nəfəri ötüb

Sentyabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 709 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 157, ikinci doza vaksinlərin sayı 131, üç və daha çox doza vaksinlərin sayı 364 pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 57-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 884 min 943, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 158, ikinci mərhələ üzrə 4 milyon 866 min 628, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 376 min 822, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 335-dir.