Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 214 yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 min 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 210 nəfər müalicə olunaraq sağalıb, 9 min 902 nəfər vəfat edib. Aktiv xəstə sayı 1401 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 728, bu günə qədər isə ümumilikdə 7 milyon 231 min 342 test icra olunub.