logo

Baş Prokurorluq “Kanal 13”ün təsisçisinə xəbərdarlıq etdi

14:54 23-09-2022 | icon 2597
Baş Prokurorluq “Kanal 13”ün təsisçisinə xəbərdarlıq etdi

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq “Kanal 13” adlı "YouTube" kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb