logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 866 min nəfəri ötüb

17:11 22-09-2022 | icon 3269
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 866 min nəfəri ötüb

Sentyabrın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 805 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 179, ikinci doza vaksinlərin sayı 114, üç və daha çox doza vaksinlərin sayı 4481 pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 71-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 884 min 234, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 1, ikinci mərhələ üzrə 4 milyon 866 min 497, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 376 min 458, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 278-dir.