Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 251 yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 min 98 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 min 725 nəfər müalicə olunaraq sağalıb, 9 min 897 nəfər vəfat edib. Aktiv xəstə sayı 1476 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 123, bu günə qədər isə ümumilikdə 7 milyon 225 min 530 test icra olunub.