logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 866 min nəfəri ötüb

17:07 20-09-2022 | icon 2891
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 866 min nəfəri ötüb

Sentyabrın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1190 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 248, ikinci doza vaksinlərin sayı 212, üç və daha çox doza vaksinlərin sayı 648, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 82-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 882 min 596, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 379 min 639, ikinci mərhələ üzrə 4 milyon 866 min 244, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 375 min 569, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 144-dür.