Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 70 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 819 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 min 50 nəfər müalicə olunaraq sağalıb, 9 min 886 nəfər vəfat edib. Aktiv xəstə sayı 1652 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1788, bu günə qədər isə ümumilikdə 7 milyon 217 min 551 test icra olunub.