logo

Xarici KİV nümayəndəlrinin Qarabağa səfəri başlayıb

11:11 16-09-2022 | icon 798
Xarici KİV nümayəndəlrinin Qarabağa səfəri başlayıb

Sentyabrın 16-da bir qrup xarici jurnalistin Azərbaycanın işğaldan azad olunmuş Füzuli, Zəngilan rayonlarına və Şuşa şəhərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, xarici media nümayəndələri işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin izləri ilə tanış olacaqlar. Xarici jurnalistlərə Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək.

Jurnalistlər işğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə gedərək, 29 ildən sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, jurnalistlər arasında Türkiyənin "A HABER", "NTV", "CNN TÜRK", "DHA", “Haber Qlobal”, “TRT World”, “Daily Sabah”, “Al Araby”, “TRT Arab”, İspaniyanın "El Mundo", İraqın "Afaq TV", ABŞ-ın "The Independent” kimi aparıcı media qurumlarının nümayəndələri var.