Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 256 yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 818 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 min 96 nəfər müalicə olunaraq sağalıb, 9 min 876 nəfər vəfat edib. Aktiv xəstə sayı 1918 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 388, bu günə qədər isə ümumilikdə 7 milyon 206 min 805 test icra olunub.