logo

Ermənistanın təxribatı nəticəsində mülki şəxs də yaralanıb

16:41 14-09-2022 | icon 3178
Ermənistanın təxribatı nəticəsində mülki şəxs də yaralanıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs - Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Asim Musayev yaralanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB)  YeniAvropa-ya bildirilib ki, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın doppler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində yaralanan şəxsin əməliyyat edilməsi qərara alınıb.