Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 76 yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 817 min 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 min 709 nəfər müalicə olunaraq sağalıb, 9 min 857 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 372 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1916, bu günə qədər isə ümumilikdə 7 milyon 195 min 841 test icra olunub.