logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb

10:10 12-09-2022 | icon 1078
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə törədilmiş 176 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə altı nəfər ölüb.

Narkotiklərlə əlaqəli 128, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb.