logo

Azərbaycan Mərkəzi Bankı kart sahiblərinə xəbərdarlıq etdi

16:36 08-09-2022 | icon 2653
Azərbaycan Mərkəzi Bankı kart sahiblərinə xəbərdarlıq etdi

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına(AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qeyd edilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq",-deyə AMB-nin açıqlamasında qeyd edilir.

file.-0-++