Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 502 yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 816 min 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 min 562 nəfər müalicə olunaraq sağalıb, 9 min 838 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 189 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 343, bu günə qədər isə ümumilikdə 7 milyon 180 min 867 test icra olunub.