Avqustun 5-də Rusiya Hərbi Dəniz Donanmasının(HDD) gəmiləri və şəxsi heyəti Bakıya gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etməkdir.