X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
İyulun 30-dan avqustun 8-dək keçiriləcək X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.
YeniAvropa festivalın saytına istinadla xəbər verir ki, iyulun 30-da “Gənclərə dəstək” layihəsi çərçivəsində kamera konserti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin simfonik orkestrinin çıxışı olacaq. Festivalın iyulun 31-də təqdim ediləcək kamera konsertlərində Xalq Artisti, Fərhad Bədəlbəyli (piano), Olqa Yermakova (piano), Dmitri Yablonski (violonçel), Janna Qandelman (skripka), Şükür Səmədov (klarnet), Annelle Qreqory (skripka), Oleq Xudyakov (piano), Andrey Varlamov (qaboy), Afanasi Stupakov-Konev (skripka), Çinarə Əzimova (soprano), Rəfiqə Quluzadə (piano) və Aleksandr Doronin (piano) çıxış edəcəklər. Axşam keçiriləcək rəsmi açılış konsertində isə fortepianoda Xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər. Orkestri Əməkdar Artist Fuad İbrahimov idarə edəcək. Avqustun 1-də Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə kamera musiqisi axşamı və Kuba septetinin konserti olacaq. Avqustun 2-də “Multipiano” musiqi gecəsində Tomas Lev, Berenika Qliksman, Nimrod Natanel Mayri-Haftel, Almoq Seqal, Ayal-Peleq Pelç, muğam gecəsində xanəndələr Abgül Mirzəliyev, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, habelə, Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Çinarə Heydərova (kanon), Azad Əliməmmədov (balaban), Şəfa Kərimov (ud) çıxış edəcəklər. Avqustun 3-də “Bakı Kamera Orkestri”nin, Budapeşt Qaraçı Qrupunun və “Qaytağı” ansamblının konsertləri olacaq. Avqustun 4-də kamera konsertləri ilə yanaşı, Yerusəlim Simfonik Orkestrinin konserti olacaq. Orkestrə Dmitri Yablonski dirijorluq edəcək. Konsertdə Eduard Vulfson (skripka), Səidə Tağızadə (piano) və Aleksey Miltıx çıxış edəcəklər. İsrailli musiqiçilər festival çərçivəsində avqustun 5-də Şəkidə çıxış edəcəklər. Həmin gün Qəbələdə Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq. Avqustun 6-da Yerusəlim Simfonik Orkestrinə Mixail Xoxlov dirijorluq edəcək. Pianoda Oksana Yablonskaya və Toğrul Hüseynli çıxış edəcəklər. Festivalın sonuncu günü – avqustun 7-də azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert olacaq, bağlanış mərasimində isə Yerusəlim Simfonik Orkestri çıxış edəcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib