logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 374 min nəfəri ötür

16:56 01-09-2022 | icon 3871
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 374 min nəfəri ötür

Sentyabrın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1290 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 235, ikinci doza vaksinlərin sayı 184, üç və daha çox doza vaksinlərin sayı 734, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 137-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 861 min 686, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 137, ikinci mərhələ üzrə 4 milyon 863 min 269, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 364 min 943, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 337-dir.