logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 863 min nəfəri ötüb

17:35 31-08-2022 | icon 3647
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 863 min nəfəri ötüb

Avqustun 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1608 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 329, ikinci doza vaksinlərin sayı 279, üç və daha çox doza vaksinlərin sayı 866, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 134-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 860 min 396, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 373 min 902, ikinci mərhələ üzrə 4 milyon 863 min 85, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 364 min 209, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 200-dür.