logo

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub

17:37 29-08-2022 | icon 3542
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus(COVID-19) infeksiyasına 132 yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 812 min 248 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 min 867 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 576 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 841, bu günə qədər isə ümumilikdə 7 milyon 147 min 186 test icra olunub.