“Qarabağ” klubunun UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi müəyyənləşib.
YeniAvropa xəbər verir ki, komandamız ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirəcək. Matç sentyabrın 8-də saat 23:00-da baş tutacaq.
Sentyabrın 15-də saat 20:45-də “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa), oktyabrın 6-da saat 23:00-da “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan), 13-də saat 20:45-də “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan), 27-də saat 23:00-da “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan), noyabrın 13-də saat 20:45-də isə “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) görüşləri keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsindəki oyunları Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.