logo

Bu gün UEFA Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşəcək

09:47 24-08-2022 | icon 3297
Bu gün UEFA Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşəcək

UEFA Çempionlar Liqasında pley-off görüşləri bu gün başa çatacaq.

 YeniAvropa xəbər verir ki, yarışın ikinci günündə 3 cavab qarşılaşması keçiriləcək. Bununla da qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Belə ki, Zaqrebin "Dinamo" klubu Xorvatiyada "Budö Qlimt" (Norveç) komandası ilə qarşılaşacaq. İlk oyunda Zaqreb təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Cavab oyununu evdə keçirəcək Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edəcək.

PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək. Qeyd edək ki, Qlazqodakı ilk görüş heç-heçə ilə başa çatıb (2:2).

Xatırladaq ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.