logo

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”un növbəti mərhələsində iştirak edəcək

13:31 23-08-2022 | icon 2940
Şəhriyar Məmmədyarov “Grand Chess Tour”un növbəti mərhələsində iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sent-Luisdə (ABŞ) keçiriləcək “Grand Chess Tour” seriyasının növbəti mərhələsində iştirak edəcək.

YeniAvropa xəbər verir ki, turnirdə şahmatçımızla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav(hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynier Dominges, Hikaru Nakamura, Samuel Şankland(hamısı - ABŞ), Riçard Rapport (Macarıstan) və Yan Nepomniyaşi(Rusiya) iştirak edəcəklər.

Rapid və blits üzrə keçiriləcək turnir avqustun 26-dan 30-dək davam edəcək.