logo

“Qarabağ” azarkeşlərə müraciət etdi

15:35 19-07-2022 | icon 1092
“Qarabağ” azarkeşlərə müraciət etdi

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” komandası ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib.

YeniAvropa xəbər verir ki, klub fanatlara qarşılaşmaya göstərdikləri marağa görə sonsuz təşəkkürünü bildirib.

Azarkeşlərə oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etmələri xahiş olunub: “Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənədək yenidən stadion ərazisinə qayıda bilməyəcəklər. Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!”

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sürix” görüşü saat 20:00-da başlanacaq.