logo

"Yeni klinika"ya baş həkim təyin edildi

21:12 16-07-2022 | icon 3675
"Yeni klinika"ya baş həkim təyin edildi

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin(TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.

YeniAvropa xəbər verir ki, bundan sonra tibb müəssisəsinin direktoru vəzifəsinin icrasını tanınmış anestezioloq Cavid Paşayev icra edəcək.

TƏBİB-dən bildirilib ki, Cavid Paşayev yeni təyinatınadək Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.  

Qeyd edək ki, C.Paşayev Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2005-2007-ci illər ərzində Kliniki Tibbi Mərkəzdə başlayıb. 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb. Daha sonra fəaliyyətini Azərbaycan Tibb Universitetinin Anestezilogiya - reanimasiya şöbəsinin müdiri kimi davam etdirib.

Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə  “Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Pərviz Abbasov, eləcə də onunla birgə ittiham olunanlar  “Yeni Klinika”da müalicə alan koronavirus xəstələrindən onları klinikaya yerləşdirməyin əvəzində rüşvət almaqda (3000-4500 AZN arası) ittiham olunurdular.