Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 155 yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 794 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 874 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 650 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 410, bu günə qədər isə ümumilikdə 6 milyon 996 min 835 test icra olunub.