İyulun 15-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, aparılmış müzakirələrdən sonra türk mütəxəssis Barış Şimşek 2 il müddətinə assosiasiyanın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması barədə qərar qəbul olunub.
Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
İclasda “Sabah” klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılıb.
Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilməsi barədə qərar qəbul olunub. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunacaq.