UEFA ÇL: “Qarabağ” növbəti mərhələdə “Sürix”lə qarşılaşacaq
İyulun 12-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşanın “Lex” komandasını qəbul edib.
YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.
“Lex” komandasının heyətində isə meydana Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka çıxıblar.
İngiltərəli baş hakim Endryu Medlinin idarə etdiyi oyunda hesabı Polşa çempionu açıb. Matçın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Görüşün 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 42-ci dəqiqəsində Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib. Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.
İkinci hissəyə fəal başlayan “Qarabağ” 56-cı dəqiqədə Kevin Medina, 74-cü dəqiqədə K.Borges və 77-ci dəqiqədə Abbas Hüseynovun qolları ilə qələbəsini rəsmiləşdirib.
Beləliklə, “Qarabağ” rəqibini 5:1 hesabı ilə məğlub edib.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1. İki oyunun nəticəsinə görə Ağdam klubu turnirin ikinci təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.
Ağdam klubu matçdan əvvəl Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib. Qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.
“Lex” isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, sonuncu dəfə 1993/1994-cü il mövsümündə Rusiyanın "Spartak" (Moskva) klubu Çempionlar Liqasında "Lex"ə 5 qol vurub. 1993-cü il oktyabrın 20-də keçirilmiş səfər matçında Moskva komandası 5:1 hesablı qələbə qazanıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov