UEFA Çempionlar Liqası: “Qarabağ”“Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi
“Qarabağ” komandası UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lex” ilə matçda beşinci topu rəqib qapısından keçirib.
YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın 78-ci dəqiqəsində Abbas Hüseynov fərqlənib.
Oyunda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib. Matçın 56-cı dəqiqəsində Kevin Medina fərqlənib. İyirmi iki dəqiqə sonra K.Borges dubl edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı ingiltərəli baş hakim Endryu Medli idarə edib.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.