COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 359 min nəfərə çatır
İyulun 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 140 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 541, ikinci doza vaksinlərin sayı 188, üç və daha çox doza vaksinlərin sayı 1254, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 157-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 776 min 901, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 358 min 266, ikinci mərhələ üzrə 4 milyon 854 min 859, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 313 min 744, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 250 min 32-dir.