COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 855 min nəfərə çatır
İyulun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 230 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 736, ikinci doza vaksinlərin sayı 285, üç və daha çox doza vaksinlərin sayı 1047, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 162-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 774 min 761, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 357 min 725, ikinci mərhələ üzrə 4 milyon 854 min 671, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 312 min 490, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 875-dir.