"Lex"-"Qarabağ" cütlüyündə favorit yoxdur-Qurban Qurbanov
Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik. Bu matça hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik".
YeniAvropa xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşanın "Lex" komandasının qonağı olacaq Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 4-də təşkil olunan mətbuat konfransında deyib.
"Lex"in fərqli futbol nümayiş etdirdiyini bildirib Q.Qurbanov deyib: "Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. "Lex" meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq".
Mütəxəssis şansların bərabər olduğunu vurğulayıb: "Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman öz oyunumuza önəm vermişəm. "Lex" ilboyu avrokuboklar səviyyəsində matçlar keçirir. Çünki Polşa çempionatının səviyyəsi olduqca yüksəkdir. Bu cütlükdə favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Rəqibə hörmətlə yanaşıram. İş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. Sabah iki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik".
Q.Qurbanov 2020-ci ildə Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin oyununu da xatırlayıb: "Həmin matça komandanı motivasiya etmək elə də asan deyildi. İstənilən səhv fikir mənfi təsir edə bilərdi. Futbolçular qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. Vətən müharibəsindəki zəfərdən sonra oyunçuları motivasiya etmək daha asandır. Bu gün isə komandanı oyuna başqa cür kökləmişik. Tarixi günləri tez-tez yada salırıq. Şükürlər olsun, halalca torpaqlarımız özümüzdədir".
O, "Lex"in heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: "Adlarını bir-bir açıqlasam, düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi və qol vurmaq qabiliyyəti yüksək olan futbolçulardır. Hamısına qarşı diqqətli olmalıyıq".
Qeyd edək ki, iyulun 5-də keçiriləcək Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov