logo

İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı

13:53 04-07-2022 | icon 686
İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı

Prezident İlham Əliyev iyulun 4-də “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax(18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax(18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu(investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.