COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
İyulun 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1908 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 579, ikinci doza vaksinlərin sayı 246, üç və daha çox doza vaksinlərin sayı 922, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 161-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 768 min 446, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 355 min 145, ikinci mərhələ üzrə 4 milyon 854 min 38, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 309 min 825, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 438-dir.