logo

Azərbaycanda əhalinin 74 %-i vaksinasiyadan keçib-Nazir

13:13 01-07-2022 | icon 2996
Azərbaycanda əhalinin 74 %-i vaksinasiyadan keçib-Nazir

Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyası 2021-ci ilin yanvarın 18-dən başlayıb. Peyvəndləmə prosesi uğurla həyata keçirilir. Məqsəd qrupunun, yəni xəstəliyi ağır keçirən 50 yaşdan yuxarı vətəndaşların 90 faizi vaksinasiyadan keçib. Hətta buster dozanı da qəbul ediblər. Vətəndaşların məsuliyyəti çox yüksək səviyyədədir. Ümumi əhalinin təqribən 74 faizi vaksinasiyadan keçib. Bu da çox müsbət göstəricidir və kollektiv immunitetin tam formalaşmasından danışa bilərik.

YeniAvropa xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

"Koronavirus hər dəfə yeni sürprizlər meydana gətirir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız ayları üçün lazımi tədbirləri görüb, üçüncü səviyyəli adlanan hazırlıq səviyyəsinə çatmalıyıq. Bu istiqamətdə lazımı işlər görülür. Payız mövsümü sıçrayışsız keçsə, ümidvaram ki, pandemiyanın sonu barədə danışa bilərik. Hələ ki, bu barədə danışmaq tezdir",-deyə nazir qeyd edib.

T.Musayev bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin məhsulu olan "Turkovac" vaksini Azərbaycanda üçüncü faza klinik sınaqlardan keçirilir: "Həmin vaksini vurduranlar var və əldə edilən ilkin nəticələr müsbətdir. Təbii ki, tam geniş elmi açıqlamanı tələb olunan sayı əldə etdikdən sonra və Türkiyə tərəfindən aparılmış laborator müayinələr nəticəsində tam bəyan edəcəyik".