Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 368 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 57, bu günə qədər isə ümumilikdə 6 milyon 964 min 85 test icra olunub.