COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 310 min nəfəri ötür
İyunun 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 292 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 490, ikinci doza vaksinlərin sayı 269, üç və daha çox doza vaksinlərin sayı 1349, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 184-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 764 min 407, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 354 min 28, ikinci mərhələ üzrə 4 milyon 853 min 487, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 307 min 795, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 97-dir.