Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 224 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 343 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 164 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 174, bu günə qədər isə ümumilikdə 6 milyon 961 min 28 test icra olunub.