Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 298 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 161 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1541, bu günə qədər isə ümumilikdə 6 milyon 956 min 5 test icra olunub.