logo

Qırğızıstanda TÜRKPA-nın plenar iclası keçiriləcək

19:20 22-06-2022 | icon 665
Qırğızıstanda TÜRKPA-nın plenar iclası keçiriləcək

İyunun 23-24 Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək.

TÜRKPA-dan YeniAvropa-ya bildirilib ki, tədbir üzv parlamentlər, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, Türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək.

Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.