logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 351 min nəfəri ötür

18:48 15-06-2022 | icon 4018
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 351 min nəfəri ötür

İyunun 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1846 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 304, ikinci doza vaksinlərin sayı 268, üç və daha çox doza vaksinlərin sayı 1160, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 114-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 748 min 460, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 351 min 545, ikinci mərhələ üzrə 4 milyon 851 min 520, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 297 min 664, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 min 731-dir.