İyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.