COVID-19-a qarşı "buster" dozada peyvənd olunanların sayı 3 milyon 300 min nəfəri ötür
İyunun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci, ikinci və “buster” doza üzrə vaksinlər vurulmayıb. Üç və daha çox doza vaksinlərin sayı isə 3-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 744 min 946, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 350 min 968, ikinci mərhələ üzrə 4 milyon 851 min 55, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 295 min 428, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 min 495-dir.