logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 851 min nəfəri ötür

18:28 12-06-2022 | icon 3850
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 851 min nəfəri ötür

İyunun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1434 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 205, ikinci doza vaksinlərin sayı 150, üç və daha çox doza vaksinlərin sayı 965, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 114-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 744 min 943, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 350 min 968, ikinci mərhələ üzrə 4 milyon 851 min 55, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 295 min 425, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 min 495-dir.