Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 91 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 78 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1941, bu günə qədər isə ümumilikdə 6 milyon 923 min 348 test icra olunub.