COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 851 min nəfərə çatır
İyunun 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1920 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 274, ikinci doza vaksinlərin sayı 240, üç və daha çox doza vaksinlərin sayı 1288, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 118-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 743 min 509, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 350 min 763, ikinci mərhələ üzrə 4 milyon 850 min 905, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 294 min 460, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 min 381-dir.