İyunun 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1909 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 182, üç və daha çox doza vaksinlərin sayı 1243, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 158-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 739 min 858, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 350 min 230, ikinci mərhələ üzrə 4 milyon 850 min 522, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 291 min 960, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 min 146-dır.