Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 42 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 55 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1833, bu günə qədər isə ümumilikdə 6 milyon 909 min 386 test icra olunub