Azərbaycan-Türkiyə əlaqələri birlik və həmrəyliyimizin yeni təzahürüdür-Sahibə Qafarova
İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Sahibə Qafarova Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli olduğunu vurğulayıb.
Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinin sədri, professor, doktor Mustafa Şentopa bu tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürdüyünə və verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib. Bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından son dərəcə zəruri olduğu qeyd olunub.
Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilməsi baxımından 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin mövzusunun Qarabağa həsr olunmasının vacibliyi vurğulanıb. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni təzahürüdür. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi bu birliyin parlaq nümunəsidir.
İyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd ediləcəyini diqqətə çatdıran Sahibə Qafarova Şuşa Bəyannaməsinin ölkələrimizin qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyənləşdirdiyini vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqlədiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının gələcəkdə daha da inkişaf edəcəyi və daha da möhkəmlənəcəyi vurğulanıb.
TBMM sədri 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələrin elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır